ParadiseSark

ParadiseSark Müxtəlif 22-01-2021, 20:02

MİN MÖHTƏŞƏM GÜNƏŞ

MİN MÖHTƏŞƏM GÜNƏŞ
MİN MÖHTƏŞƏM GÜNƏŞ

Əfqan əsilli ABŞ yazıçısı Xalid Hüseyni həsrəti, dostluğu, sevgi və insanlığı ən möhtəşəm şəkildə qələmə alan yazarlardandır. O, uğurla ilmələdiyi hadisələr hörgüsüylə çıxılmaz yollardan necə çıxılacağını göstərən yaradıcı bir qələm sahibidir. "Min Möhtəşəm Günəş" Xalid Hüseyninin 2007-ci ildə çapdan çıxmış ikinci romanıdır. Müəllif bu romanında iki qadının kəsişən həyatları və dostluqları üzərindən doğulduğu torpaqlarda yaşanan hadisələrdən bəhs edir. Bu əsər kiçik yaşda evləndirilən qızlar, uşağı olmayan qadınlar, ataya ya da uşaqlıq yoldaşına duyulan, keçmişə basdırılmış sevgilər haqqındadır. Xalid Hüseyninin “Çərpələng uçuran” romanı kimi “Min Möhtəşəm günəş” romanı da böyük uğur qazanıb. Əsər satışa çıxarıldığı ilk həftədə bir milyon nüsxə ilə satılıb. “Time” jurnalı “Min möhtəşəm günəş” əsərini 2007-ci ilin ən yaxşı bədii kitablarından biri adlandırıb.

Müəllif-ParadiseSark

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
500 528 515 542 439 507

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.