ADMiN

ADMiN Sevgi 3-03-2017, 03:07

Ayrılıq sonrası edilməməsi lazım olanlar

Ayrılıq sonrası edilməməsi lazım olanlar
Hamımıza eşqimiz və əlaqəmiz heç bitməyəcək kimi görünər. Ancaq hər əlaqə sonsuza qədər sürəcək deyə bir qayda yoxdur. 

Təəssüf ki, əlaqələr bitə bilir. Bitdikdən sonrası nələr olduğu ya da ola biləcəyi az çox hər kəsin məlumudur. Ayrılıq sonrası bir çox insan üçün çox çətin keçə bilir. Doğru hərəkət edilməzsə, bu müddət daha da acı verici ola bilir. Bu yazıda sizə ayrılıq sonrası etməməniz lazım olan hərəkətləri yığdıq.
Əgər partneriniz sizdən ayrılmaq istəyirsə, ayaq dirəməyin. Bitmiş bir əlaqəni yığışdırmaq çox vaxt qeyri-mümkündür. Buna görə əgər o istəyirsə, bunu qəbul etməli və əlaqəni bitirib həyatına qaldığınız yerdən davam etməlisiniz.

Ayrılıqdan sonra qətiliklə təkrar ünsiyyət qurmağa çalışmayın. Təkrar bir yerə gəlmə fikirini də ağılınızdan çıxarın. Bəli bunu etmək söyləmək qədər asan deyil. Ancaq hər axtarış ya da hər mesajlaşma sizə sandığınızdan daha çox zərər verəcək.

Ortaq yoldaşlarınızla da bir müddət görüşməməyə çalışın. Çünki ortaq yoldaşları gördüyündə yenə onu düşünüb kədərlənəcək və təkrar birləşmə xəyalları qərarına gələcəksiniz.

Bu sırada ağılınızda mütləq həyatınızda yeni bir səhifə açmaq olsun. Köhnəni düşünüb enerjinizi boşa xərcləməməlisiniz.

Ayrıldığınız sevgilinin sizə verdiyi hər şeydən bir an əvvəl xilas olun. Geri verməyi təklif etməyin. Bu onunla təkrar ünsiyyət qurmanızı tələb edir ki, buna heç ehtiyac yoxdur. Əşyaları paketləyin və zibilə atın.

İctimai media hesablarınızdan da uzaq dayanmanızda fayda var. Uzaq qala bilmirsinizsə də, qətiliklə köhnə sevgilinin hesabını izləməyin. Lazım olsa onu bütün şəbəkələrinizdən çıxarın. Artıq onun nə etdiyini maraqlanmaqdan da xilas olma zamanı gəldi.

Ayrılıq sonrası edilən ən böyük səhvlərdən biri öz dəyərini bilməmək özünü kiçik hesab etməkdir. Bunu da qətiliklə etməyin.

Ona hirsli olmanız çox normaldır, amma davamlı bu hirsinizi xaricə vuran şeylər söyləməyi də buraxmalısınız. Onu yerdən yerə də vursanız tərifləsəniz də hər hansı bir şey dəyişməyəcək.

Bunlara diqqət yetirsəniz ayrılıq müddətini daha asan sovuşdura bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
804 749 639 697 681 627

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.