Yuxu alışqanlığımıza görə hansı tipə daxilik? "Torağay" yoxsa "Bayquş"
İnsan orqanizminin bioloji saatı günəşin çıxmasına və batmasına uyğun qurulub, bizim gecələr yatmağımız bununla bağlıdır.
Amma bəzi adamlarda bu saat sanki geri qalır. Həyat ritminə görə "torağay" deyilənlər, adətən, tezdən oyanır, axşamlarsa çox yuxulu olurlar. "Bayquşlarda" bunun əksidir - onlar gec yatmağı xoşlayırlar və səhərlər yuxudan ayılmağa çətinlik çəkirlər. Ona görə də belə müasir həyatın tempinə uyğunlaşamağa çətinlik çəkirlər - axı, iş rejimi səhər saat 9-dan 5-ə kimidir. Alimlər hər gecə 2:30-da yatıb səhər 10-dan tez oyanmayan 21 ekstremal "bayquşun" həyat tərzini araşdırıblar.
Onlardan aşağıdakılara əməl etmək xahiş olunub:
-Həmişəkindən 2-3 saat tez oyanmaq və səhərlər açıq havada - günəş altında mümkün qədər çox vaxt keçirmək.
-Səhər yeməyini mümkün qədər tez yemək.
-Yalnız səhərlər fiziki hərəkətlər etmək.
-Hər gün eyni vaxtda nahar etmək və 19:00-dan sonra heç nə yeməmək.
-15:00-dan sonra kofein qəbul etməmək.
-Həmişəkindən 2-3 saat tez yatağa uzanmaq və axşamlar işıqlandırmanı azaltmaq.
-Hər gün eyni vaxtda yatıb eyni vaxtda oyanmaq. Mütəmadi yuxu rejimi də önəmli faktordur.Uzun müddət müxtəlif vaxtlarda yatıb-durmaq bioloji saatın ritmini pozur.
-İşıq bioloji saatın "qurulmasına" təsir edir. Ona görə də "bayquşlar" axşamlar süni işıq mənbələrini azaltsınlar.
Araşdırmanın nəticələri məntiqli görünə bilər, amma alimlər ömrü boyu gec yatan adamların yeni rejimə necə reaksiya verəcəklərini bilmirdilər.
Bəs siz hansı tipsiniz? "torağay" ya "bayquş"?






