Qoxu yaddaşı nədir?
Qoxu yaddaşının digər yaddaşlardan daha güclü olduğunu bilirdizmi?
İnsanların yaddaşı 10 000-ə qədər qoxunu ayırd edə bilir. Əslində, bu mövzu üzərində işləyən bəzi elm adamları qoxu yaddaşının hüdudlarını müəyyən bir sayda məhdudlaşdırmağın səhv olacağını və qoxu duyğumuzun həddindən artıq kimyəvi birləşməni ayırd edə biləcək səviyyədə olduğunu bildirirlər. İyləməyə imkan verən 1000-dən çox reseptor (reseptor hüceyrəsi) var. Bu şəkildə bir-birindən çox fərqli qoxuları ayırd edə bilərik.
Aldığımız hər qoxunu adlandıra bilmirik, onu başqa qoxularla əlaqələndirməyə çalışırıq və qoxu yaddaşımızda bir yer açırıq. Bunu ilk dəfə hiss olunan və yaddaşımızda məlumatları olmayan bir qoxunu digər qoxulara bənzətməklə edirik. Bu da eyni qoxuları aldığımız zaman yaşadığımız şeyləri xatırlamağımıza səbəb olur.
Qoxu çox incə bir hissdir və yatarkən də işləyir. Səhər bişmiş omlet qoxusu və ya qızardılmış çörək qoxusu bizi yuxumuzdan ayıra bilər.
Qoxu yaddaşınızdan dərs oxuyarkən də istifadə edə bilərsiz. Məsələn, dərs oxuyarkən eyni konfet, saqqız, ətirdən istifadə edin. Sonra dərsə getdiyiniz zaman da həmin qidadan və ya ətirdən yenidən istifadə edin. Ya da imtahana hazırlaşarkən, son təkrar edərkən və imtahan zamanı eyni qoxunu almağa diqqət verin. Faydasını görəcəksiz.






