ice berg

ice berg Məsləhətlər 19-02-2021, 15:15

Sodadan istifadə

Sodadan istifadə
Bütün mətbəxlərdə olan və hər zaman istifadə edilən soda bir çox işlərə yarayır. Məsələn, səhər yuxudan oyananda boğazınız göynəyir və qızartı hiss edirsinizsə, dərhal yarım stəkan suyun içinə yarım çay qaşığı soda töküb qarışdırın və qarqara edin. Bunu səhər, günorta, axşam olmaqla 3 dəfə edin. Sonrakı səhər yuxudan oyandıqda bu narahatlığın keçdiyini görəcəksiniz.

— Gündəlik üz təmizləmə vasitənizin içinə yarım çay qaşığı soda əlavə edin və dərinizi 2-3 dəqiqə masaj edərək çəkin. Sonra üzünüzü yaxşıca yuyun.

— Dişlərinizi gündə 1 dəfə mütləq soda ilə fırçalayın.

— Evdəki xalılarınıza ildə iki dəfə bir ovuc soda töküb 2 saat saxlayın, sonra tozsoranla təmizləyin.

— Pas ləkəsinə qarşı əvəzedilməz vasitədir. Paslanma ehtimalı olan bütün əşyalarınızı arada bir soda ilə ova bilərsiniz.

— Yağ ləkəsini təmizləmək üçün ən yaxşı yoldur. Yağ tökülən bölgəyə soda tökün və azca su damcıladın. 2 saat saxlayın, sonra silin.

— Dibi tutan qazanın, tavanın içinə axşamdan bir az soda töküb saxlayın. Beləcə, səhər yapışmış, yanmış yeri təmizləyə bilərsiniz.

— Soyuducunun içi çox zaman iy verir. Bu qoxunu aradan qaldırmaq üçün bir kasanın içinə bir az soda tökün, soyuducuda bir küncə yerləşdirin və arada bir gedib-gəlib qarışdırın.

— Allergiyanız varsa, naftalini sevmirsiniz yəqin. Bu vəziyyətlərdə paltar şkafınızdakı kif, nəm qoxusunun qarşısını soda ilə ala bilərsiniz.

— Paltar yuyarkən də bir az soda əlavə etsəniz, daha parlaq görünəcəklər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
519 463 417 472 444 428

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.