ice berg

ice berg Programlar 21-02-2021, 17:31

WhatsApp" geri addım atmır

WhatsApp" geri addım atmır
Bir müddət əvvəl "WhatsApp" mesajlaşma paltforması yeni qəbul etdiyi qaydaların tətbiqindən imtina edəcəyini açıqladı. Buna səbəb, sosial şəbəkənin milyonlarla istifadəçisini itirməsi idi.

LoaDinG.aZ xarici KİV-nə istinadən xəbər verir ki, mesajlaşma proqramı bu qərarına dəyişiklik edib və istifadəçilərinə gizlilik siyasətinin məcburi yeniləməsi ilə bağlı daha ətraflı məlumat verən xəbərdarlıq mesajı göndərəcəyini açıqlayıb.

İnternet platforması tərəfindən yayımlanan yeni məqalədə "İstifadəçilərə bu yeniləmələri nəzərdən keçirmələrini və "WhatsApp" istifadə etmələrini davam etdirmələri üçün qəbul etmələrini xatırlatmaq istəyirik" kimi sözlərin yer aldığı yazı qeyd edilib.

"WhatsApp"ın rəsmi saytında yayımlanan bu məqalə,sosial şəbəkənin bütün reaksiyalara baxmayaraq, geri çəkilməyəcəyini izah edir.

Xatırladaq ki, əvvəl "WhatsApp" platforması fərdi məlumatların "Facebook"a ötürülməsinə dair istifadəçi razılaşmasına yeni əlavə olunmuş bəndin tətbiqini fevralın 8-nə planlaşdırırdı.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
521 512 441 515 501 520

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.