Th30

Th30 Sevgi 23-02-2021, 09:28

Hər şey geridə qaldı...

Hər şey geridə qaldı...
Hər şey geridə qaldı… Adı həsrət oldu yaşanan bütün uşaqlıq xatirələrimiz... Palçıqdan evlər tikmək o qədər cazibədar gəlmir indi bizə ... Halbuki dırnaqlarımızın aralarının qaralmasını əhəmiyyətli hesab etmədən ovuclardıq tozu torpağı... Qarışqaların yuvalarına ərzaq aparma təlaşını gözlərimizi böyük açaraq izlərdik... Uşaq ürəyi! Kömək etmə həvəsiylə kiçik çörək parçaları doldurardıq quş yuvalarının içinə.. Kiçikdik bir zamanlar.. Uşaqdıq, safdıq, günahsızdıq... Nə qədər asan idi xoşbəxt olmamız... Sıxılmazdıq, böhrana düşməzdik... Xəstəliklərimiz belə kiçik idi, bizim kimi. Iki gün burnumuz axar, tezcə də yaxşılaşardıq... Küsməmiz də, barışmamız da oyunlarımız qədər asan idi.. Qırılmazdı ürəklərimiz... Küsdüyümüzdə əlimizlə iki barmağımızı üst üstə qoyar, küs işarəsini edər, çox deyil 2 dəqiqə sonra bu işarəni pozar, ya da küsdüyümüzü unudar davam edərdik oyunlarımıza. Sevgilimiz də yox idi o zamanlar, ürəyimizi qıran da... Istəklərimiz də kiçik idi bizim kimi... Alınmış bir oyuncaq gəlincik, bir kiçik avtomobil çatardı bizi xoşbəxt etməyə... Sağlamlıq, saflıq, təmizlik, günahsızlıq... Adı həsrət oldu indilərdə. Kaş elə balaca və xoşbəxt qalardıq, böyüməklə uşaqlıq etdik..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
874 724 710 638 731 631

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.