Şəkilə baxdıqda ilk nə gördünüz?
1. Kişi siması (Salvador Dali) — gördünüzsə ən çətin günlərdə belə dimdik duran, sarsılmayan və obyektiv fikirləri olan birisiniz. Bu sizin ən böyük gücünüzdür. Qərar alarkən , duyğusallıqdan uzaq olursunuz. Adətən insanlar qərar verərkən, sizin yanlarında olmağınızı istəyirlər. Çünki, doğru qərar vericisiniz. Və bir tərəfdən də, güclülüyünüz sizi gücsüz edir. Ən çətin gündə belə, duyğulardan təcrid olub, cənab/xanım Robot simasına bürünürsünüz. Duyğularınızla üzləşməyiniz məsləhətdir.
2. Masa — gördünüzsə insanları dinləməkdən çox bacarıqlısınız. Ən içinə qapalı insan belə, sizinlə çox rahatlıqla danışa bilir. Çox gözəl psixoloq ola bilərsiniz. Başqalarının həyatı, qərarı üçün saatlarca məsləhət verə bilərsiniz, lakin özünüzə gəldikdə donub qalırsınız. Son qərarı verməkdə çətinlik çəkirsiniz. Səbəb, çox dərin düşünməkdir. Düşüncələri bir kənara qoyub, bir az hisslərinizə güvənməyiniz məsləhətdir. Bu halda özünüzü qərar vermək üçün, güc tapmış kimi hiss edəcəksiniz .
3. Qız — gördünüzsə, sizin ən böyük gücünüz zəkanızdır. Yeni məsələlər, fərqli təhsil sahələri daima diqqətinizi cəlb edir. Bir şey marağınızı çəkdikdə, onun haqqında maksimum məlumat toplamağa qadirsiniz. Lakin, marağınızı çəkməyən şeylər haqqında çox az fikrə maliksiniz. O qədər az ki, mövzuya bəzən düşüncəsizcə , yanlış rəy bildirirsiniz. Bu da sizin gücsüzlüyünüzdür.Maraq dairənizin , hadisələri önəmsəmə tərzinizin tarazlığını düzgün qurmağınız məsləhətdir.
4. Stul — gördünüzsə çoxlarından fərqli baxış çərçivəniz var. Bunun sayəsində, problemlə üzləşəndə kimsələrin görmədiyi həlli siz görə bilirsiniz. Rahat, cəld və zəki olmağınızla qəlb qazanmaqda uğurlusunuz. Mənfi xüsusiyyətiniz isə odur ki, bir fikir üzərində yetərincə müddət qalmırsınız. Və ortaya çıxardığınız o fikri yeridə bilmədikdən sonra heç bir önəmi qalmır. Bir şeydən çox tez sıxıla bilirsiniz, həmçinin vaz keçmək də eynilə.
Səbrli olmağınız məsləhət görülür.






