Xəyal düşkünlüyü (Məyusluq)
Dünyada elə bir insan yoxdur ki, ömründə bir dəfə də olsa məyusluq yaşamasın. Bu qədər tez-tez və müxtəlif yollarla baş verən bir vəziyyət olduğu halda məyusluq niyə insanda böyük bir sarsıntıya səbəb olur?
Əslində bunun bir çox səbəbləri var və hər bir səbəb hər kəs üçün fərqlilik göstərə bilər. Hər kəsin öz dərinliklərində kiməsə danışmaq istədiyi sözləri və hekayələri mütləq vardır. Fərqli insan, bəzən eyni hadisəni yaşasa da, hər iki şəxsin məyusluq hissini fərqli şəkildə keçirməsi düşündürücü deyil?
Bəzən eyni ailədən olan iki qardaş eyni anda travmatik bir hadisə ilə qarşılaşır və biri yıxılır, dərindən sarsılır, digəri isə bütün ailəni ayaq üstündə tutmağa çalışır. Yaşadığı ağır vəziyyətin öhdəsindən gəlir və bu vəziyətə bir təhər dözərək həyatını qaldığı yerdən davam etdirir. Özündə yaşamaq üçün güc tapır, yaşamaq üçün səbəbləri olur. Bəs niyə?
Çünki bəzi insanlar böyük itki vermiş olsalar da, həyatlarını bir yerdən davam etdirmək üçün özündə güc tapırlar, bəziləri isə böyük dağıntı qarşısında məyusluq, narahatlıq, çaxnaşma və depressiya kimi hisslər keçirə bilirlər. Bu simptomlar qarşısında insan özünü zəif, yorğun və xəstə hiss edə bilər.
Bu cür zehni problemi olan bir insanın əlaqə qura biləcəyi yaxınları, dostları olması, dəstək alması sağalması üçün çox vacibdir. Özləri üçün köməyə müraciət edə biləcək qohumları varsa onlardan psixoloji və ya tibbi dəstək ala bilərlər. Əks təqdirdə, insan tək başında bu çöküşün öhdəsindən gəlməkdə çətinlik çəkə bilər.
Məyusluğun əsas simptomları:
•Əhvali-ruhiyyənin enməsi (bütün gün ərzində və ya günün çox hissəsi ərzində);
•Marağın və zövq alma hissinin itirilməsi;
•Fəallığın azalması və tez yorulma;
Məyusluğun əlavə simptomlarına aiddir:
-Diqqəti cəmləşdirmək qabiliyyətinin enməsi;
-Özünüqiymətləndirmənin və özünə inamın enməsi;
-Qeyri-adekvat günahkarlıq və özünü kiçiltmə fikirləri;
-Gələcəyə bədbin və ümidsiz baxışlar;
-Özünəxəsarətə və ya suisidə yönəlmiş fikirlər və ya hərəkətlər;
-Yuxunun pozulması;
-İştahanın azalması.






