KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 4-03-2021, 12:30

Günahdan çəkinmək

Günahdan çəkinmək
Nəfsə, günahlardan çəkinmək, ibadət etməkdən daha çətin gəlir. Ona görə də, günahdan çəkinmək daha savabdır.

* Fərzi qoyub, nafilə ibadətləri etmək boşuna vaxt keçirməkdir.

* Allah rizası üçün edilən işlərə savab var. Xeyirli iş görənə niyyətinə görə savab verilir. Pis iş görənin niyyətinə baxılmaz. Yaxşı niyyətlə etsə də, cəzasını çəkər. Yaxşı niyyətlə günah işlənməz.

* Allahu təalanı an, dilini, başqa işlərlə məşğul olmaqdan qoru. Nəfsini hesaba çək. Elmə yapış və ədəbi mühafizə et. Mərhəmət sahibi və mülayim ol. Allahu təalanı unutduracaq hər şeydən uzaq dur. Bir kimsənin, Allahu təalaya olan sevgisinin həqiqi olub-olmadığının əlaməti, özündə dəniz misalı səxavət, günəş misalı şəfqət və torpaq misalı təvazökarlıq kimi üç xasiyyətin olmasıdır.
Bir yandan günah işləyib, bir yandan da, "Əstağfirullah" demək, istiğfar deyildir. Əsl istiğfar; Allahu təalanın əmrlərinə uymaq, qadağan etdiyi şeylərdən çəkinmək, günahları tərk etməkdir.

* Qəlbin bir çox şeyləri sevməsinin səbəbi, elə o bir şey üçündür. O da nəfsdir.
* Kəlmeyi-tövhid; bütlərə ibadəti tərk edib, Haqq təalaya ibadət etmək deməkdir.
* Küfr, nəfsi-əmmarənin istəklərindən əmələ gəlir.

* Əhli-sünnət alimlərini sevmək, səadətin sərmayəsidir. Məhəbbətə, gücü yetdiyi halda haram iş görənə mane olmamaq, boşluq sığmaz.

* Nəfs bir pislik anbarıdır. Özünü yaxşı zənn edərək Cəhli-mürəkkəb olmuşdur.
* Sünnət ilə bidət bir-birinin ziddidir. Birini etdikdə digəri yox olur.
* Zahid, dünyaya könül bağlamadığı üçün, insanların ən ağıllısıdır.

* Mübahları necə gəldi istifadə edən, şübhəli şeyləri etməyə başlayır. Şübhəliləri etmək də harama yol açır.

Haramlar da küfrə yol açır.

* Allahu təala, izzəti və şərəfi elmə və ibadətə vermişdir. Elm də əhli-sünnət alimlərinin əsərlərində vardır. Alçaqlığı və zilləti də haramlara vermişdir. Haramlara düşməmək, dünya sevgisini qəlbə salmamaq lazımdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
701 641 546 649 572 606

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.