Gözəl Sözlər.
Əxlaq haqqında İslam alimləri buyurur ki:
“Pis əxlaqlı parçalanmış səhəngə bənzəyir. Nə yamanır, nə də əvvəlki kimi palçıq olur.”
“Hər binanın bir təməli vardır. İslamın təməli də gözəl əxlaqdır.”
“Pis əxlaq elə bir fənalıqdır ki, onunla edilən bir çox yaxşılıqlar fayda verməz. Gözəl əxlaq elə bir yaxşılıqdır ki, onunla edilən günahlar belə əfvə uğrayar.”
“Yüksələn bütün insanlar ancaq gözəl əxlaqları sayəsində yüksəlmişdirlər.”
“Gözəl əxlaq, gülər üzlülük, comərdlik və kimsəni üzməmək deməkdir.”
“Gözəl əxlaq, heç kimlə çəkişməmək və kimsəni çəkişdirməməkdir.”
“Gözəl əxlaq, əziyyət verməmək və məşəqqətlərə dözməkdir.”
“Gözəl əxlaq, genişlikdə və darlıqda insanları razı etməyə çalışmaq deməkdir.”
Gözəl əxlaq, Allahdan razı olmaq deməkdir. Yəni, xeyri və şəri Allahdan bilmək və nemətlərə şükür, bəlalara səbr etməkdir.”
“Gözəl əxlaqın ən azı məşəqqətlərə sinə gərmək, etdiyi yaxşılıqlardan qarşılıq gözləməmək, bütün insanlara qarşı şəfqətli olmaqdır.”
“Gözəl əxlaq, haramlardan çəkinib halalı axtarmaq, digər insanlarla olduğu kimi ailə üzvləriylə də yaxşı dolanıb onların ehtiyaclarını təmin etməkdir.”
“Gözəl əxlaq, Yaradanı düşünərək, yaradılanları xoş görmək, onların əziyyətlərinə səbr etməkdir.”
Bir Müsəlmana qaş-qabaqla baxmaq haramdır. Gülər üzlü olmayan kimsə mömin sifətli deyildir. Hər kəsə qarşı gülər üzlü olmaq lazımdır.
Hədisi-şərifdə, Allaha və axirət gününə iman edənin, qonağına və qonşusuna ikram etməsi, ya xeyr söyləməsi və ya susması əmr edilmişdir. (Buxari)
Başqasının pis əxlaqından şikayət edən kimsənin özü pis əxlaqlıdır. Başqalarının pisliklərindən bəhs etsək, bu özümüzün pis olduğunun əlamətidir. Gözəl əxlaq, əziyyətlərə sinə gərməkdir.