ice berg

ice berg Programlar 7-03-2021, 17:33

Telefondan silinməsi tövsiyə olunan tətbiqin adı açıqlandı

Telefondan silinməsi tövsiyə olunan tətbiqin adı açıqlandı
Kiberekspert Zak Doffman "Android” smartfon istifadəçilərini çox təhlükəli bir tətbiqi silməyə çağırıb. Söhbət "SuperVPN”in pullu və pulsuz versiyalarından gedir.

Bu barədə mütəxəssis "Forbes” jurnalı üçün yazdığı məqalədə bildirib.

Doffman bildirib ki, tətbiqin 100 milyondan çox yüklənməsi var. Halbuki istifadəçinin şəbəkəyə etibarlı girişini təmin etmək üçün hazırlanmış proqram bunun əksinə işləyir.

Qeyd edək ki, ekspertlər "SuperVPN”i casus proqramı olduğunu deyərək, şirkəti məlumat sızdırmaqda günahlandırırlar.

Məqalə müəllifi bu ilin fevralında ortaya çıxan xəbərlərə diqqət çəkdi. Orada cihazlar, həmçinin "SuperVPN”, "GeckoVPN” və "ChatVPN” istifadəçilərinin məlumatları olan üç məlumat bazasından ibarət haker forumunun satışından bəhs edilir.

Doffmanın sözlərinə görə, "Google Play” xidmətində "SuperVPN”in nişanları və təsvirləri olan ən azı altı tətbiq var.

Mütəxəssis VPN ilə özlərini qorumaq istəyən istifadəçilərə real rəylər yazılan etibarlı bir tətbiq seçmələrini və pulsuz proqramlara etibar etməmələrini məsləhət gördü.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
595 555 431 437 497 529

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.