Kənan Heydərov

Kənan Heydərov Texnologiya 8-03-2021, 08:00

Alphabet holdinqi insanın eşitmə qabiliyyətini üst səviyyəyə yüksəldəcək cihaz üzərində çalışır

Alphabet holdinqi insanın eşitmə qabiliyyətini üst səviyyəyə yüksəldəcək cihaz üzərində çalışır
İnsayderlərin verdikləri məlumata əsasən Google şirkətinin sahibi olan Alphabet holdinqi daşınıla bilən qeyri adi cihaz üzərində çalışır və həmin cihaz insanın duyğu orqanlarından birinin imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulub. Söhbət, iti eşitmə qabiliyyətini verəcək cihazdan gedir. İnsayderlər bildiriblər ki, sözügedən layihə Wolverine kod adına sahibdir və şirkət onun üzərində 2018-ci ildən çalışır. Bu layihə insanın eşitmə qabiliyyətinin daha üst səviyyəyə yüksəlməsi üçündür. Bununla belə cihaz ətraf səs-küyü boğaraq yalnız bir səs mənbəyinə fokuslanmaq imkanını verəcək.

Bu cür nəticəni əldə etmək üçün isə Alphabet sözügedən cihazı adi qulaqlıq şəklində hazırlayır. Lakin heç itisna deyil ki, gələcəkdə cihazın formatı dəyişsin. Məlumata əsasən cihaz yüksək həssaslığa sahib mikrofonlar ilə təchiz olunacaq. Həmin mikrofonlar isə xüsusi proqram alqoritmi vasitəsilə ətraf səs-küyü boğaraq danışan ikinci şəxsin səsinə fokuslanacaq. Alphabet təsdiqləyib ki, o, eşitmə qabiliyyəti sahəsində araşdırmalar aparır. Lakin holdinq bu layihə barəsində heç bir ətraflı məlumat təqdim etməyib. Cihazın texniki özəllikləri və nə zaman satışa çıxacağı barəsində də bir məlumat hələki yoxdur.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
505 574 464 494 508 496

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.