ice berg

ice berg Texnologiya 8-03-2021, 21:55

"Microsoft"un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər

"Microsoft"un səhvi qlobal kiberfəlakətə səbəb ola bilər
"Microsoft" şirkətinin proqram təminatındakı qüsurlar səbəbindən dünya üzrə 60 mindən çox şirkətin məlumatlar bazasına kiberhücumlar qeydə alınıb.

"Bloomberg"in yaydığı məlumata əsasən, kiberhücumlar başlıca olaraq kiçik və orta sahibkarlıq subyektlərinə qarşı həyata keçirilib.

Kibertəhlükəsizlik üzrə ixtisaslaşan "Huntress" şirkətindən bildirilib ki, hakerlər bankların, elektrik enerjisi paylayıcılarının, qocalar evlərinin və dondurma şirkətinin kompüter sistemlərinə daxil olmağa cəhd göstəriblər. Onlara bu imkanı verən isə "Microsoft" proqram təminatındakı "zəif yerlər" olub.

Qeyd edək ki, artıq "Microsoft" şirkəti də öz xətasını etiraf edib.

Kiberhücumlarda Rusiya və Çin hakerləri şübhəli bilinir.

Ekspertlər yaxın zamanlarda proqram təminatındakı xətaların aradan qaldırılmayacağı təqdirdə, onların kiberfəlakətə yol aça biləcəyini qeyd ediblər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
490 469 422 457 433 448

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.