KiBirLi_PrenS.

KiBirLi_PrenS. İslam Dini 11-03-2021, 11:00

Mescid

Mescid
Məscid namaz qılınan məkanı ifadə edir.[3] Xüsusi ərazidə olan günbəzli və minarəli bina üslubunda tikilir. Bir çox hallarda daxili həyətə malik olur. Minarələrin sayı birdən doqquzacan ola bilər. Daxili ibadət zalının divarları təsvirsiz olmalıdır. Ancaq divarlarda Qurandan ərəb dilində sətirlər yazıla bilər.

Məscid Məkkə istiqamətində tikilməlidir. İbadət zalında Məkkə istiqamətindəki divarda mehrab adlanan boşluq olur. Mehrabdan sağda bir qədər yüksəkdə minbər qurulur, oradan vaiz dindarlara xütbə oxuyur, yaxud müraciət edir. Bəzi ölkələrdə məscid yanında mədrəsə də fəaliyyət göstərir

Qurani-Kərim və hədislərdə "sücud" (səcdə etmək) sözü "baş əymək"lə yanaşı‚ başı yerə qoymaq mənasında da işlədilmişdir. Elə buna görə də‚ səcdə‚ təvazökarlığın ən son həddi sayılır. Məhz bu səbəbdən İslam mədəniyyətində məscid‚ insanların qüdrətli və qəni Yaradan ilə acizanə şəkildə əlaqə qurmaq üçün seçdiyi müqəddəs məkan kimi tanınır.

Məscid sözü Qurani-Kərimdə 28 dəfə işlənmişdir. Bunun 22-si tək halda və 6-sı isə cəm halda işlədilmişdir. Filoloqlar Quranda qeyd edilən "mihrab" sözünün də "məscid" mənasına gəldiyini bildirirlər.

Dünya müsəlmanları arasında təkcə Türkiyə türkləri cümə namazı qılınmayan, ancaq gündəlik namazlar qılınan yerləri məscid adlandırır, cümə namazı qalınan yerlərə də cami deyirlər. Qərb dünyasında işlədilən sözlərin (mosque, mosquee) də məscidin müxtəlif tələffüzündən ortaya çıxdığı qeyd edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
1180 1077 1025 976 1107 1040

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.