KiBirLi_PrenS.

KiBirLi_PrenS. Maraqlı 11-03-2021, 20:30

Payız

Payız
Qırmızı, sarı, narıncı yarpaqlar tökülür. Otlar saralır, güllər solur. Havalar günü gündən yağışlı, tutqun və soyuq olmağa başlayır. Payız fəslinə el arasında "qızıl payız" da deyirlər. Payız ruha sakitlik, duyğularımıza isə inanılmaz zövq verir.Qızıl payızı təbiətin bir möcüzəsidir. Payızada Gəncə şəhərində də sanki yerə sarı qızılı rəngli xalı döşənir. Çinar ağacının yarpaqları isə bu xalıya ayrıca bir naxış verir. Payızı duymaq, onu hiss etmək, onunla iç-içə yaşamaq insana bir başqa zövq verir.
Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 23-də payız fəsli başlayır. Həmin gündə həm də payız gecə-gündüz bərabərliyi yaşanır və sutka yarı –yarıya hər birinə 12 saat olmaqla bölünür. Bu zaman günəş ekvator üzərində nəzarətdə olduğundan şimal və cənub yarım kürələri bərabər işıqlanır. 23 sentyabrdan sonra Günəş cənub yarımkürəsinə doğru hərəkət edir. Şimal hissədə gecələr uzanmağa , gündüzlər isə qısalmağa başladığı halda cənubda bunun əksi olur. 21 dekabra qədər davam edən payız fəsli yay ilə qış arasında keçid mövsümüdür.

Payız fəslində ayaqlar altında yarpaqların xışıltısını duymaq, xəyallara dalmaq, yenicə yağmış yağışın altında islanmaq insana sanki yenidən doğulmuş hissi verir. Payız duyğuların dilə gəldiyi, sevgilərin etiraf edildiyi fəsildi

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
433 404 449 464 424 442

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.