Namazda təmizlik
1. Dəstəmaz almaq (Maidə 6, Nisa 43) Dəstəmaz haqqında yazım (Quranda dəstəmaz, qüsl və təyəmmüm). Namazımız yalnız Allah üçün olduğuna görə, biz o niyyətlə namaz qılmalıyıq. Niyyət üçün Allah bizə ən gözəl ayəsini yollamışdır.
Ənam 162. Mənim namazım da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür.
2. Namazda geyim və təmizlik. Quranda namaz üçün xüsusi geyim forması müəyyən edilməmişdir. Lakin ayələri oxuyaraq namaz üçün təmiz yer və təmiz geyim lazım olamsını görə bilərik.
Əraf 31. Ey Adəm oğulları, bütün ibadətlərdə gözəl libaslarınızı geyinin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz.
3. Namaz qılınan məkanın təmiz olması. Bəqərə 125. Yadına sal ki, Biz evi insanlar üçün savab və əmin-amanlıq yeri etdik. “İbrahimin durduğu yeri namazgah edin”. İbrahimə və İsmailə də: “Evimi təvaf edənlər, orada qalıb həmişə ibadətdə olanlar, rüku və səcdə edənlər üçün təmizləyin-deyə tövsiyə etdik
Həcc 26. Yadına sal ki, bir zaman İbrahimə Kəbənin yerini bildirib belə buyurmuşduq: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, qiyama duranlar, rüku edən və səcdəyə qapananlar üçün təmizlə”.
4. Qibləyə dönmək (Bəqərə 144, 149, 150). Kəbəyə tərəf dönüb namaz qılmaq Kəbəni bütləşdirmək deyil. Allah bunu önləmək üçün Bəqərə 115-i endirmişdir. Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz Allah oradadır. Şübhəsiz ki, Allah öz mərhəməti ilə genişdir, O, hər şeyi biləndir. Yəni bu ayədən onu anlayırıq ki, bir müsəlman Qibləni tapa bilməsə istədiyi istiqamətə Namaz qıla bilər.
5. Namazda səs tonu. İsra 110. Namaz qılarkən səsini nə çox qaldır, nə də çox alçalt. Bunun arasında orta bir yol tut.
6. Namaza çağırış (Azan). Azan vəhylə gəlməyib. Hədislərdə vəhylə gəlməsi bildirilsə də Quranda elə bir ayə yoxdur. Amma namaza çağırış ayələri var. Maidə 58, Cümə 9-da Namaza çağırış olduğunu görə bilərik.
7. Bilinən bir ibadət-Namaz. Ayələrdən görürük ki, Namazdan danışılarkən onun bilinən bir ibadət olduğu anlaşılır. Hətta Peyğəmbərimizin Hz İbrahimin dinini izlədiyi bildirilir.