Telefonun enerjisinə qənaət etmək üçün hiylələr

Xoşbəxtlikdənmi, bədbəxtlikdənmi bilmirik, ancaq mobil telefonlarının bu əsrin əvəzolunmaz cihazına çevrildiyi dəqiqdir. Bu cihazın yüzlərlə üstünlüyü və cəmi bir mənfi cəhəti var: batareyasının enerjisinin tükənməsi. Batareyanın enerjisinin tükənməməsi lazımdır, təcili zəng etməli və ya mail göndərməli olduğunuz hallarda bu hiylələrdən istifadə edin:
* Diqqət etsəniz, fərqinə varacaqsınız ki, telefonunuzda olan əksər mobil tətbiqlərdən tez-tez bildirişlər gəlir. Sizin üçün vacib olmayan tətbiqlərin bildirişlərini söndürün.
* Telefonunuzu kənara qoyduğunuz zaman displeyin boş yerə yana-yana qalması gərəksizdir. Cihazın fabrik ayarlarında telefon aktivliyini dayandırdıqdan 1-2 dəqiqə sonra displey sönür. Siz bu zamanı 30-10 saniyəyə qədər qısalda bilərsiniz. Beləliklə, batareyanın enerjisinə xeyli qənaət etmiş olacaqsınız.
* Wi-Fi, Bluetooth və GPS-i boş yerə aktiv saxlamayın.
* Ekranın işiğını azaldın.
* Titrəmə rejimini söndürün.
* Mobil tətbiqlərin avtomatik olaraq yenilənmə funksiyasını söndürün.
* 3G-ni 2G ilə əvəz edin.
* Uçuş rejimini aktivləşdirin.
* Unutmayın ki, temperatur 0C-dən aşağı olduğu zaman batareya 40-50% enerjisini itirir.
Və ən əsası, telefonun əsirinə çevrilməyin. Təbiəti və real ünsiyyəti hər zaman üstün tutun.