Kənan Heydərov

Kənan Heydərov özünü 😔 qəmli hiss edir. Şeirlər 14-03-2021, 13:00

Niyə ayrılqdıq sevgilim?

Niyə ayrılqdıq sevgilim?
Niyə belə oldu, oldu sevgimiz
Kədərlə qəmlə doldu sevgimiz
Açmamış gül tək soldu sevgimiz
Niyə axı belə niyə sevgilim

Bəs bizi ölüm ayırardı yalnız
Niyə bu dünya niyə belə haqsız
Dünayamı vəfasız sənmi vəfasız
Niyə susursan niyə sevgilim

Susma de niyə bitdi sevgimiz
Axı xoşbəxt idik axı ikimiz
Bir döyünərdi bizim qelbimiz
Niyə döyünməz oldu sevgilim

Həyat nə qəddar ayırdı bizi
Xəbər etmədən xəbər verməden
Qelbimdə köz ilə həkk etdi izi
Qəlbimi dağladı zəhər verməden

Bir də görməyəcəm gülən üzünü
Məni məhrum etdin səbəbsiz yerə
Bir də eşitməyəcəm sevgi sözünü
Öləcəm həsrətdən göz görə-görə

Yaxşı çıx get incitmə məni
Al xoşbəxtliyi götür özünlə
Bilki sevəcəm hər zaman səni
Gəlsən bir çiçək gətir özünlə

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
543 594 510 453 492 484

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.