ice berg

ice berg Müxtəlif 19-03-2021, 20:02

///Ad qoymadım, siz qoyarsız\\\

///Ad qoymadım, siz qoyarsız\\\
Qocaldım sanki, mən əvvəlki tək güclü deyiləm, saxta gülüşümün ömrü qısadır indi. İstəsəmdə gizlədə bilmirəm hisslərimi, istəmirəm bəlkədə. Artıq veciməmi bilmirəm başqalarının fikri. Onsuzda heçvaxt bəyənə bilmədilər məni.
Əvvəllərdə beləydim, indi dahamı dərin yaralar? Susqunluğumun fəsli uzundu indi.
Bezginliyim və yorğunluğum hətda zövq verir mənə sanki, üstü basılan yaralar kimi. Canım yandıqca yansın istəyirəm, başqalarının heyfini özümdən çıxırmış kimi...
Utandırdılar məni yanlızlığımdan. 'milyonların içində təklik çəkirəm' deyə bilmədim heçkəsə. Gülərdi qohum əqraba çünki, "atan anan sağ qohumların var niyə tək olasan" deyərdilər yəqin. Başa düşmürlər heçvaxt. Çox incidir yalandan gülmək məni. Gecələr ağlamağa səbəb artır. Bilmirəm birisi acısın istəyirəm hətda bədbəxtçiliyimə əlini uzadıb çəksin çıxartsın sükut quyusundan məni. Susduqlarım kar elədi qulağımı. Qəlbim məzəmmət eliyirmiş kimi məni sızıldayır daim. "Sus" deyə bilmirəm içimdəki fırtınalara. "Döz" deyə bilmirəm..

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
508 528 472 513 406 505

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.