ice berg

ice berg Maraqlı 26-03-2021, 14:41

Məşhurlar haqqında maraqlı hadisələr

Məşhurlar haqqında maraqlı hadisələr
Simon Bolivar yeganə insandır ki, onun adı iki ölkənin rəsmi adında yer almışdır. Onlardan biri Boliviya digəri isə Venesueladır, ölkənin rəsmi adı Venesuela Bolivar Respublikasıdır (República Bolivariana de Venezuela).

Birinci dünya müharibəsi illərində, 16 yaşlı Uolt Disney Kanadaya yola düşür, onun əsas məqsədi orduya düşmək idi, amma yekunda o, sadəcə Avropada Qırmızı Xaç cəmiyyətinin üzvü olmağa müvəffəq olur.

Adolf Hitler 1938-ci ildə “Time” jurnalı tərəfindən ilin adamı seçilmişdi.

Bugs Bunny Hollivudun “Şöhrət Xiyabınında” ulduz almış ikinci cizgi filmi qəhrəmanıdır, ilk qəhrəman isə Mikki Maus olmuşdur.

Alfonso Kaponenin böyük qardaşı polis olmuşdur.

1911-ci ildə “Mona Liza” əsərini oğurlamaqda şübhəli bilinənlər sırasında Pablo Pikasso da olmuşdur.

Səddam Hüseynin məxsusi bir Quran kitabı vardı, bu kitab onun öz qanı ilə yazılmışdı. Bundan ötrü onun yanına daima tibb bacısı və xəttat (kalliqraf) gəlirdi.

Şotlandiya kralı IV Ceyms həvəskar-stomatoloq idi, bundan əlavə o, öz təbəələrinə onların dişlərini müalicə etmək imkanı verdikləri üçün pul ödəyirdi.

Ölümündən üç ay sonra Çarli Çaplinin cəsədi iki nəfər isveçrəli tərəfindən ailəsindən girov pulu almaq məqsədi ilə qaçırılmışdı. Daha üç ay keçdikdən sonra cinayətkarlar həbs olundu. Eyni hadisənin təkrar baş verməsinin qarşısını almaq üçün qəbirin üstünü betonla örtmüşlər.

Ən uzunmüddətli kral sülaləsi – Yaponiyadır. İmperator Akixito öz ailəsinin 125-ci törəməsidir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
387 402 350 424 417 383

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.