ÊLfidÂ

ÊLfid Maraqlı 15-04-2021, 16:00

Emosional aclıq nədir?

Emosional aclıq nədir?
Emosional aclıq bulimiya kimi bir yemək xəstəliyidir. Bəzən olur ki, mədəmiz üçün deyil, hissləriniz üçün yemək yeyirik.Aclıq hissi fiziki olaraq başlamalıdır, amma çox vaxt emosional olaraq başlayır. Əgər darıxmaq, stress, yorğunluq, əsəb, depressiyaya cavab olaraq yemək yeyirsinizsə, emosional boşluq hissini doldurmaq üçün yediyinizi unutmayın.
Bəs emosional aclıq ilə fiziki aclıq hissini necə fərqləndirmək olar?
Fiziki aclıq birdən-birə başlamaz, yavaş-yavaş yaranır, amma emosional aclıqda aclıq hissi birdən-birə yaranır. Emosional aclıq hissi yarandığı anda mütləq nəsə yeyərək o hissi yox etmək istəyirsiniz, amma fiziki aclıq gözləyə bilir. Əgər emosional boşluq hissinizi doldurmaq üçün yeyirsinizsə, mədəniz dolsa belə yeməyə davam edəcəksiniz. Amma, əgər həqiqətən acmısınızsa, mədəniz dolduğu anda yeməyi dayandıracaqsınız.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
419 458 467 348 422 411

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.