ÊLfidÂ

ÊLfid Maraqlı 16-04-2021, 18:00

Dünyadaki və Azərbaycandaki ilk qadın həkim

Dünyadaki və Azərbaycandaki ilk qadın həkim
Elizabeth Blackwell – İlk qadın həkim.
Əslən İngiltərədəndir, sonradan  ABŞ-da yaşayıb. Həkim olmağı uşaq vaxtı qərara alıb.
Səbəbi isə uşaqlıq dostunu xərçəng xəstəliyindən itirməsi olur. Daha dəqiq desəm, dostunun ölmədən öncə Elizabetə “qadın bir həkim olsaydı dərdimi daha rahat deyə bilərdim” deməsi.
Bu sözlər onun qulağında ömürlük qalmışdı.
O Filadelfiya və Nyu-Yorkdakı tibb məktəblərinə müraciət edib, lakin onlar qız tələbə istəməyiblər. Elizabet isə yenilməyib,  mübarizə edib və sonunda məktəbə qəbul olunub.
Məzun olduqdan sonra sırf qadın olduğuna görə heç bir xəstəxanada işə götürməyiblər.
O da məcbur olub öz tibb  mərkəzini açıb. İlk xəstələri də xanımlar olub.



Dünyadaki və Azərbaycandaki ilk qadın həkim

Sona Vəlixan
1908-ci ildə Peterburq Tibb İnstitutunu bitirib, Azərbaycanda ilk ali təhsil alan qadın həkim  olub. 1923-1939-cu illərdə Azərbaycan Tibb İnstitutunun göz xəstəlikləri kafedrasında assistent, dosent və professor vəzifəsində çalışıb. 1939-1971-ci illərdə isə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri vəzifəsində fəaliyyət göstərib.




Fərqi yoxdur qadın, ya kişi.
İnsan , istəyincə bacarır. Bütün əngəllərə baxmayaraq, mübarizə aparmaq lazımdır.
Hə birdə, Qadın gücünü kiçimsəməyin. Elizabeth və Sona xanım kimi neçə neçə qadınlar var...



Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
428 487 511 476 429 508

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.