"Şəhriyarın Pərisi"
Dünya o qədər qoca,o qədər yaşlıdır ki,indiyə qədər yüzlərlə, acılı-şirinli hekayələrə şahid olmuşdur.Bəzi hekayələr tökülər şeirlərə,yazılar dastanlara,hər kəs görüb oxuyar,duyğulanar.Bəs nədir o şeirləri, dastanları bu qədər duyğulu edən şeirlərin təməli?Sevgi.Təbii ki,yenə də sevgi.O sevgi ki,indiyə qədər aşiqlərə etmədiyi qalmıyıb.Çox adama zülm edib o,çox aşiqi yarsız qoyub.Şəhriyar kimi....
O bizim "Heydər babamızdı".Bu poema ilə məşhur olan Şəhriyar,o poema ki günümüzdə belə kiçikdən böyüyə heç kəsin dilindən düşmür.
Öz xatirələrini, uşaqlığını,gəncliyini misralara tökən şair bir növ o zamanlara qayıdır.Kim bilir, bəlkə də Pərisinin yanına qayıtmaq istəyir.
Ehh, "Şəhriyarın Pərisi"-Sürəyya. Aşiq olmuşdu şair ona.Çox aşiq olmuşdu.Sevgi onun üzünə gülmüş,Sürəyya da ona aşiq olmuşdu.Pərinin ailəsi də Şəhriyarı bəyənmiş, onların görüşməyinə icazə vermişdilər.Bəlkə də sonu izdivac ilə sonlanacaq möhtəşəm bir həyatları olacaqdı.Ama sevgi öz işini axıra qədər aparmadı.
Dövrün sülaləsi olan Pəhləvilər ölkəni sərt şəkildə idarə edirdilər.Onsuzda Şəhriyarı öldürtmək istəyənlər,şahın qardaşı oğlunun Sürəyyaya aşiq olması ilə bəhanə tapmış oldular.Zindana saldılar şairi.Ama qurtuldu ölümdən, ölümünə icazə vermədilər.Lakin şair vətəndən sürgün olundu.Pərisindən uzaq düşdü.Ancaq son ümid işığı var idi.Sürəyyanı qaçırmaq, özü ilə aparmaq.Bu işdə onlara Pərinin anası kömək olacaqdı.Behcətabad parkında gözlədi sevdiyini,lakin gəlmədi.O gecə bitdi hər şey, artıq bu sevgi üçün bir ümid qalmamışdı.Yenə misralara tökdü öz dərdini şair.
Ulduz sayaraq gözləmişəm hər gecə yarı,
Gec gəlmədədir yar yenə, olmuş gecə yarı.
Sonra ki vaxtlardan birində şair yenə öz sevdiyini görür.
Ama nə xeyri?O qədər vaxt keçmiş, həyat öz işini çoxdan görmüşdü.
Şəhriyar evlənmişdi.Doğrudur,bu evliliyi də uğurlu olmamışdı.Yoldaşını çox tez itirmişdi.Həyat yenə üzünə gülməmişdi.Sevdiyini görən şair ona sual verir:
Gəlmisən, canım sənə qurban ola, indi niyə?
Düşmüşəm əldən daha, ey bivəfa, indi niyə?
Nuşdarusən, fəqət Söhrab ölüb, gec gəlmisən!
Eyləməz təsir ona heç bir dəva, indi niyə?
Bir şeir də o qədər məna toplanıb ki, istər-istəməz hər bir aşiqin qəlbinə toxunur.Bəli, qismət olmadı Şəhriyara öz sevgilisinə qovuşmaq.
Yarımçıq qaldı bu eşq.Bəlkə də ən xeyirlisi bu idi.Ama bizlər bu eşqi şeirlərdə görüb anladıq.Ona görə də çalışın ki,sevirsinizsə,nə olursa olsun sevginizin ardınca gedin.Çünki sevmək insanı xoşbəxt edən mühüm amillərdən biridir.