Snickers tortu
Biskvit üçün: 5ədəd yumurta
180gr şəkər tozu
200gr un
30gr kakao
10gr qabartma tozu
1/2ç.q duz
100gr su
130gr bitki yağı
Fıstıqlı içlik:

0,5st tərkibi 30%-dən aşağı olmayan qaymaq
5x.q qaşığı qaynadılmış,qatılaşdırılmış süd
100gr duzlu fıstıq
Krem: 200gr tərkibi 30%-dən aşağı olmayan qaymaq
100gr pudra şəkəri
400gr kəsmikli pendir.
Hazırlanması:

Şəkərdən başqa bütün quru ərzaqları birləşdirin.Yumurtanın ağını sarıdan ayırın.Sarını çırpın,şəkərin yarısını,bitki yağı,su əlavə edin.Quru ərzaqları əlavə edərək qarışdırın.Sonra ağları ayrı qabda beze halı alana qədər çırpın,qalan şəkəri əlavə edib yenidən qarışdırın.Ağları da sarı kütlənin üzərinə töküb qarışdırın.Qəlibin dibini yağlayaraq,180°sobada bişirin.
Fıstıqlı içlik: Qaymağ qatılaşana qədər çırpılır,qatılaşdırılmış süd və fıstıq əlavə olunur.
Krem: Pudra şəkər ilə qaymağ çalınır,kəsmikli pendir də əlavə olunub qarışdırılır.
Tort yığılır: Biskvit 3hissəyə bölünür.1-ci korjun qırağına kremdən dairə düzəldirik,içinə fıstıqlı içlik tökürük.Beləcə davam edirik,üzərini zövqə görə bəzəyirik.
Nuş olsun.






