ADMiN

ADMiN Xəbərlər 12-03-2017, 14:36

Martın 13-ə HAVA PROQNOZU

Martın 13-ə HAVA PROQNOZU


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, bəzi yerlərdə duman olacaq, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturunun gecə 3-6° isti,  gündüz 9-13° isti, Bakıda gecə 3-5° isti, gündüz  10-12° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  763 mm civə sütunu, nisbi rütubət  gecə 85-95 %, gündüz 60-70 %  təşkil edəcək.
        
 
Azərbaycanın rayonlarına gəlincə, martın 13-də Qərb rayonlarında arabir yağış yağacağı, şərq rayonlarında əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir. 


Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
519 540 515 514 580 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.