ADMiN

ADMiN Sağlamlıq 12-03-2017, 15:02

Döş xərçəngindən qorunmanın yolu

Döş xərçəngindən qorunmanın yolu


Sızma zeytunyağında xərçəng əleyhinə kimyəvi maddələrin olduğunu müəyyən edən İspaniyalı tədqiqatçılar, bu maddələrin döş xərçənginə tutulma riskini azaltdığını bildiriblər.

Temperaturdan və digər kimyəvi maddələrdən istifadə etmədən yalnız zeytunun əzilməsiylə əldə edilən sızma zeytunyağı təbii, bitki tərkibli kimyəvi maddələrdən ibarətdir. Tədqiqatçılar bu üsulla əldə edilən zeytunyağını laboratoryada döş xərçəngi hüceyrələrinə qarşı tətbiq edərək müsbət nəticələr əldə ediblər. Bitki mənşəli kimyəvi maddə olan polifenoldan (bitki mənşəli antioksidan) ibarət olan bu yağın döş xərçəngini əmələ gətirən HER2 geninin inkişafına mane olduğu məlum olub.

BMC Xərçəng jurnalının son sayında nəşr olunan araşdırmada, Catalan Onkoloji İnstitutunun professoru Javier Menendez, zeytunyağı ilə zəngin olan Aralıq dənizi ölkələrinə məxsus qidaların ürək xəstəliyi və yaşlanmağa qarşı qoruyucu təsirinin olduğunu söyləyib.
Tədqiqatçılar, bu bitki mənşəli antioksidanlardan döş xərçəngi əleyhinə dərmanların hazırlanmasınmda istifadə ediləcəyini bildirib.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
573 528 536 515 542 527

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.