ADMiN

ADMiN İslam Dini 15-03-2017, 20:33

Müqəddəs Quran

Müqəddəs Quran

1. Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, 

ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və 

qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər)

istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin!

Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir! 

2. Yetimlərin mallarını (həddi-buluğa çatdıqda) özlərinə verin 

və pisi (haramı) yaxşı ilə (halalla) dəyişdirməyin! 

(Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda, 

onları bir-birilə dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin! 

Həqiqətən, bu, böyük günahdır

3. Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə 

bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz)

başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! 

Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, 

o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz

kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla 

evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). 

Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır.


Müqəddəs Ayə 176 hissədən ibarətdir çalışdığım qədər nəzərinizə çatdıracağam

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
774 824 758 809 830 854

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.