Əl dərisi üçün vitaminli təbii krem

Əl dərisi üçün vitaminli təbii krem


Əl dərisi qış aylarında daha çox quruyur və çatlayır. Bunun qarşısını almaq üçün əl kremlərindən istifadə etsək də, bir çoxu istənilən nəticəni vermir. Həm də satışda olan kremlərin çoxunun tərkibində insan orqanizmi üçün zərərli olan “paraben” maddəsi var. Bu səbəbdən, əl kremini ev şəraitində, təbii məhsullardan hazırlamaq məsləhətdir.

Tərkibi:

2 qaşıq vazelin,

2 qaşıq qliserin,

2 qaşıq limon şirəsi,

1 çay qaşığı zeytun yağı.



Hazırlanması:

Əvvəlcə 2 çay qaşığı vazelini kiçik bir boşqaba tökün. Boşqabı qaynayan çaydanın üzərinə yerləşdirin və ya qaynar su ilə dolu başqa bir qabın içinə qoyun.

Vazelin əridikdən sonra qliserini, limon şirəsini və zeytun yağını əlavə edib qarışdırın. Qarışığı təmiz bir qaba doldurub 5 dəqiqə soyuducuda saxlayın. Beləliklə, vazelin donacaq və əl kremi istifadəyə hazır hala gələcək.



Dərini nəmlə təmin edən, C və E vitamini ilə zəngin bu təbii kremi gün ərzində bir neçə dəfə çəkə bilərsiniz.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
667 597 554 545 561 544

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.