ice berg

ice berg Müxtəlif 19-06-2021, 09:01

OyaNın

OyaNın
Yaxşı, razıyam. Mən qorxaqam, amma açığı sizdə qorxaqsız. Bəli, mən ölmüşəm, mənim duyğularım yoxdu, axı sizin də duyğularınız yoxdu. Özünüzə gəlin. Özünüzə gəlin. Oyanın.

Oyanın. Günəş çıxmaq üzrə, bəlkədə çıxıb. Oyanın. Təbəssüm vaxtıdı. Qorxmaq vaxtıdı. Tək olduğumuzu hiss eləmək vaxtıdı. Təklikdən qorxmaq vaxtıdı. Gülümsəmək lazımdı həm də. Qorxaqlığımıza gülmək. Sonra dayanmaq. Ağlamaq.

Hə indi ağlamaq vaxtıdı. Ağlayın. Doyunca ağlayın. Və ya, ağlayan birini gördüzmü, susun, boş yerə danışmayın. Kəlimələrin əvəzinə qucaqlayın, qoyun doyunca ağlasın. Qucaqlayın, mehriban olun, kədərlənin. Qorxun. Sonra gülümsəyin. Gülümsəyin, təbəssüm olsun üzünüzdə, gülüşünüzün səsi ağlayanın üzünə sığal çəkib göz yaşlarını silsin yanaqlarından. Sonra utanın, qızarsın yanaqlarınız. Gülün. Səsslicə gülün. Sonra sizə gülənlərə nifrət edin. Əsəbləşin.

Nifrət edin, sonra sevin. Sevin, sevginizi göstərin.

Özünüzə gəlin. Gizlətməyin.

İnanın. İnanın və sonra sizə inanalara yalan danışın. Aldadın. Xəyanət edin. Sonra üzülün, yalvarın. Sonra bağışlayın, səmimiyyət göstərin, qucaqlayın.

Sevin, nifrət edin, bağışlayın, yalan danışın, qorxun, gülümsəyin. Amma artıq duyğulanın. Boş durmayın. Nəsə bir şey edin. Gizlətməyin. Duyğulanın. Duyğular qəlbdəndir. Duyğulanın. Qəlbinizə enin, çünki hər şey oradadır. Lütfən, duyğulanın. Oyanın.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
460 475 522 469 422 395

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.