beybala_beybala

beybala_beybala İslam Dini 20-06-2021, 09:00

Həzrəti Musa Peyğəmbər

Həzrəti Musa Peyğəmbər
📜Dastan.

❎Özünü dostuma oxşadanı əzablandırmıram.

👑Firon (lə'nətullahi ələyhi)-nin bir təlxəyi var idi ki, onun işlərindən və sözlərindən ləzzət alıb gülürdü.

🖤O, bir gün Fironun qəsrinə gəldi. Daxil olanda bir kişini gördü ki, əynində yırtılmış libas, çiynində köhnə əba və əlində bir əsa vardır.

🖤Soruşdu:
Sən kimsən?

❤️Dedi:
Mən Allahın peyğəmbəri Musayam ki, Allahın tərəfindən Fironu tövhidə də'vət etmək üçün gəlmişəm.

🖤Təlxək həmin yerdən qayıtdı. Musanın libasına oxşar libas geyindi və əlinə əsa da götürüb Fironun yanına gəldi. Məsğərə və istehza qəsdi ilə həzrət Musa peyğəmbər (ələyhis-səlam)-ın danışığını təqlid etdi.

❤️Həzrət Musa peyğəmbər (ələyhis-səlam) onun işindən çox qəzəbləndi.

👑Fironun suda qərq olması zamanı yetişdi. Allah onu və leşkərini Nil çayında qərq etdi, amma o təlxək nicat tapdı.

❤️Həzrət Musa peyğəmbər (ələyhis-səlam) dedi:
İlahi! Nə oldu ki, bu kişini qərq etmədin. Halbuki mənə əziyyət vermişdi?

💫Xitab yetişdi:
Ya Musa! Mən dostlarına oxşar şəxsi əzablandırmıram, baxmayaraq ki, onların əksinə də olsa.

📒Ənvaru No'maniyyəh. Səh-354.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
849 801 745 712 771 778

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.