Özündən vaz keçmədən başqasına "öz" olmaq
Bu dünyada dimdik durmaq üçün yanımda kiməsə ehtiyac duymamışam.
Namuslu olmaq üçün namusumu kiməsə görə qorumaq da mənasızdır. Demək ki, o kimsə getsə namusum da onun gedişi ilə gedəcək. Namussa insanın öz şəxsi üçün qoruduğu şeydir.
Həyat yoldaşımı sabah tək qocalmayım deyə yox, məhz onun mənim həyatıma yoldaş olmasını istədiyim üçün seçmişəm.
Birisi mənə pislik edəndə "niyə mənə bunu edir(lər)?" sualını acizlik və ağlamaq üçün verməmişəm. Qürurla "niyə mənə bunu etməlidirlər ki?" demişəm.
Fəlsəfədə dəyər və qiymət anlayışlarının fərqini oxuyana qədər anlamamışdım. Amma indi tam fərqindəyəm ki, özümə qoyduğum qiymətdirsə, qiymətdən tez düşərəm, dəyərdirsə, məndən başqa onun ölçüsü ilə oynaya bilən adam tapılmaz.
Yaxşı dostam, fədakaram, sevgimdə sadiqəm və sairə. İnsani xüsusiyyətlərini bacardıqca qorumağa çalışıram. Lakin bu qeyri-insanlara qarşı təmənnasız səbr göstərəcəyim mənasına gəlmir.
Kimisə özünə örnək də ala bilərsən,kiməsə örnək olmaq üçün yaşaya da. Özündən vaz keçmədən başqasına "öz" olmaq.