ÊLfidÂ

ÊLfid Mətbəx 24-06-2021, 09:00

Ləzzətli mükəmməl görünüşlü salat

Ləzzətli mükəmməl görünüşlü salat

Tərkibi:

250 qr hisə verilmiş toyuq filesi ( və ya suda bişmiş toyuq filesi)
4 ədəd yumurta
150 qr konserləşdirilmiş qarğıdalı
100 qr marinə edilmiş şampinyon göbələyi
50 qr kartof çipsi
140 qr mayonez

Hazırlanma qaydası:


Hisə verilmiş toyuq filesini kub formasında doğrayın. Göbələkləri də nazik halqalar formasında doğrayın. Yumurtanı bişirin, sarısını və ağını ayrı qablara rəndələyin. Salatı düzəcəyiniz boşqaba alt qata doğranmış toyuq filesini halqa şəklində yayıb mayonez yaxın. İkinci qata doğranmış göbələkləri də düzüb mayonez yaxın. Üçüncü qata süzülmş qarğıdalı da düzüb mayonez yaxın. Rəndələnmiş yumurta ağını da yayıb mayonez yaxın. Ən üst qata yumurta sarısını da hər tərəfli yayın. Kartof çipslərini də xrizantemanın çiçəyi kimi hər tərəfinə düzün. Hazırladığınız salatı 1 saatlıq soyuducuya yerləşdirin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
706 790 525 576 585 556

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.