Gözəl qəlb
Dünyada gözəl qəlbdən gözəl heç nə yoxdur. "Qəlbi yaxşı olan itirir" kimi sözlər yanlışdır. Qəlbi gözəl olan yox, prinsipi, limiti, yaxşılıq həddi olmayan itirir. Qəlbi gözəl olan isə gözəlləşdikcə gözəlləşir. Bu gözəlliyini ətrafa yayır və xoş ətirli çiçək kimi ətirləndirir çevrəsini. Ən azından mən bu var oluş hekayəsində kiminsə (hətta ən pis insanın belə) güvəndiyi, inandığı, təqdir edib pis günündə sığınmaq üçün seçdiyi şəxs olmağı seçirəm, nəinki qəlbi pis olub dünyəvi bir neçə şey qazanan.💫






