ADMiN

ADMiN Sevgi 18-03-2017, 18:53

Layiq olmayanı sevirik

Layiq olmayanı sevirik


Ona inanan insanların sayı günü gündən azalır. 

Bir çoxları onu yaşamaqdan, yaşatmaqdan çəkinir. 

Daxilindəki hissi hər kəsdən, ətrafındakı hər şeydən gizləməyə çalışır. 

Ona olan inam, hörmət, ümid günü-gündən azalsa belə

o hiss hər kəsin daxilində vardır: Sevgi.

Lakin hər zamanmı layiq olan şəxsi sevirik? 

Onun layiq olduğu sevgi, qayğı, diqqət və nəvazişi ona 

veririk?Təəssüf ki yox. “ Kaş” kəliməsini bəlkə də dəfələrlə 

işlətmiş oluruq. Hər gün daxilimizdəki ümid hissi 

azalır, hər gün gözlədiyimizdən daha azını almış, 

hər an daha çox təəssüflənmiş, peşmançılıq hissi çəkmiş 

oluruq. Nəhayət: “ O mənə layiq deyil” ifadəsini işlətmiş oluruq. 

Özünü və qarşındakı insanı bu ifadə nə 

qədər incitsə belə, həqiqət olaraq qalmaqdadır. 

Hər şeyin başlanğıcı gözəldir deyirlər: Sevgidə də olduğu kimi.

İlk başda bu sevgi səndə nə qədər qürur və fərəh hissi 

oyatsa belə, sənə nə qədər sevinc bəxş etsə belə 

sonda həmin hisslərdən əsər-əlamət qalmır. 

Sadəcə onu unutmağa çalışırsan.

Səbəb: Sənə və sənin sevgivə layiq deyildir. 

Sevirik, daha sonra bizə layiq olmadığını görürük...

Layiq olmadığını bilə-bilə özümüzü oda atırıq...

Buna baxmayaraq yenə sevməkdə davam edirik...

Hər zamanmı layiq olmayan şəxsə sevgimizi veririk?

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
647 636 594 557 601 587

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.