beybala_beybala

beybala_beybala Maraqlı 10-07-2021, 08:52

Ana ata

Ana ata
Belə ata-analıq olmur!


Bəzi ata-anaların türklər demişkən "yatacaq yeri yoxdur." Sırf dünyaya gətirdikləri uşaqları ucbatından axirətlərini itirə bilirlər.

Neçə nəfər bacımız ailəsinin təzyiqi ucbatından evdən qaçmaq istəyir, neçə nəfəri məcburən biri ilə evləndirilmə təhlükəsi ucbatından başqası ilə qaçım deyir... Bəziləri məcburən nişan etdirirlər, baxır xanım bu insan dünya və axirətinə xeyirli birisi deyil, tərs birisidir deyə bitirmək istəyir, ailəsi "üzümüzü aşağı əymə, el-aləm nə deyər" deyə mane olur, evdən qovmaqla, övladlıqdan rədd etmək ilə təhdid edir, Allah sizi islah etsin cahil insanlar.

Bu qədər asandırmı, el-aləm deyə-deyə qəbrinizi atəş doldurursunuz, el-aləm bir şey deməsin cəhənnəmə getməyə razıyam deyəcək insanlar olursunuz. Allah sizi islah etsin. Pərişan etdiniz qızlarınızı. Belə ana və ata olmaz.

Ata və ananın vəzifəsi qızlarını tərtəmiz xeyirli bir yuva qurmasına köməkçi olmaqdır. Bundan uzağa haqqınız yox, əksinə qızınıza yaxşı baxacaq, onu Allah üçün sevəcək və düzgün birisimi deyə araşdırma etməyiniz lazım olduğu halda el-aləmin sözündən Allahdan daha çox qorxur çəkinirsiniz sizə ar olsun, ədəbsizlər, atalıq-analıq nədir bilməyənlər.

Qızınız pis yola düşsə, ya da zülmə məruz qalsa sizin qiyamət günü halınıza vay, tək kəlmə ilə vay...

Heç kimsə istəmədiyi biri ilə evləndirilmək məcburiyyətində deyildir. Əgər nişanlı olsa belə nişanlısı sonradan ədəbsiz, əxlaqsız və s. pis xüsusiyyətli (vərdişli) biri olduğunun fərqinə varsa, üzüyü həmin an ata bilər, bu ayıb və ya səhv deyildir, bunu etməyib ömrünü xarab etmək ayıbdır.

Əzizlər sevmədiyiniz biri ilə ailə qurmayın, sevmədiyiniz birisi ilə xala-xətir qalmasın, tanışdır, qohumdur, imkanlıdır (və s.) deyə evlənməyin.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
517 449 437 505 409 484

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.