ADMiN

ADMiN Sevgi 22-03-2017, 03:04

Nağılımsan dünyalarda

Nağılımsan dünyalarda

Dərsdən evə gələrkən yol boyunca divarda yazılar yazıları oxuyurdum... 

İnsanlar hər şəkildə özlərini tərif edə bilirlər, 

Mən onları tanımaq üçün adi danışıqlarını və yazdıqlarını seçərəm... 

Sözlərin, hərflərin arasında bir bağlılıq vardır, bir tilsim vardır, onlarla danışaram,

onlardan soruşaram... Bəzən yaxındır ən kədərli sözlər, bəzən də Sibir qədər

uzaq və soyuqdur bəzəkli cümlələr.

Divarda yazılan bir neçə sevgi cümlələri

qoları arasına alıb qucaqladı Məni... Öz-özümə düşündüm:

"Sehirli başmaqlarım niyə ayağımda deyil? Niyə istədiyim adama gedə bilmirəm? 

Niyə görə bilmirəm? Niyə sevginin hər hərifini pıçıldaya bilmirəm?"... 

Hər kiçik uşağın olduğu kimi, Mənim də bir xəyalım var... 

Həqiqi dünyaya ulduzlar qədər uzaq, 

ürəyim qədər yaxın bir sevimli xəyalım var. 

İnsanların sevgiyə və eşqə inancı, davamlı yaddaşda qalan, 

unudulmayan gözəl anlar kimidir, gözəl bir mahnı kimidir, 

sevdiyi bir qoxu kimidir, yaşamaq kimidir...

Nağılımsan dünyalarda

Hər gün yaşadığım bəzi ilklər olur, bu səbəblə sevilmənin də dadını istəyirəm,

hər gün küçəyə ilk çıxışım kimi, bağçadakı çiçəklərə, günəşə sanki 

ilk baxışım kimi, sevgi duyğularımla məğlub oluram hər şeyə. 

Yaşamaqla qazandığım ən əhəmiyyətli şey xəyalımda da olsa sevgi 

nərdivanında çıxarkən şiddəti artan bir duyğu sıxlığı, bu duyğunu 

heç bir şeyə dəyişə bilmərəm. Məsələn indi hərflərlə belə sevgi 

diyarlarına səfər etmək nə gözəl, azadca gəzmək hər duyğunu, 

quruyan bir yarpaqdan kədər damlalarını götürüb, sevgiylə işlənən

bir çiçəyə təqdim etmək, sevinmək yaşamağa... 

Bütün dünya saxta olsa belə sevgilər həqiqi olsun, yalandan 

qurulmuş nağıllarda belə olsa görüşsün sevənlər, 

görüşüm Məndə, çünki nağılımsan dünyalarda...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
732 690 556 593 608 606

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.