XAMLİYON__GÖZƏL

XAMLİYON__GÖZƏL özünü ☺️ nostaljik hiss edir. Maraqlı 14-08-2021, 22:06

Tarixdə bu gün 14 avqust

Tarixdə bu gün 14 avqust
14 avqust Pakistanın İstiqlaliyyət günüdür.

İkinci Dünya Müharibəsindən sonra Hindistanın müstəqillik tələblərinə daha çox müqavimət göstərə bilməyən İngiltərə 1947-ci ilin 14 avqustunda qərar verdi. Hindistan Müsəlman Birliyinin başçısı Məhəmməd Əli Cinnah və Konqres Partiyasının sədri Pandit Nehrunun “İngiltərə planı”nı qəbul etməsilə ölkə Hindistan və Pakistan adları ilə ikiyə bölündü.

Pakistan inzibati ərazi bölgüsü cəhətdən ən ziddiyyətli ölkələrdən biridir. 1971-ci ildə Şərqi Pakistan əyaləti müstəqil dövlətə çevrilərək Banqladeş Xalq Respublikası olub. Cammu və Kəşmir bölgələri isə Pakistanla Hindistan arasında bugünədək münaqişə ocağıdır.

Asiyanın bu ölkəsi – Pakistan 1947-ci ilin bu günü müstəqilliyini qazansa da, 1956-cı ilə qədər Britaniya Birliyinin üzvü olub, 1972-ci ildə birlik tərkibindən çıxıb.

***

İngiltərə və Yunanıstan arasında diplomatik görüşlər nəticə verməyincə 14 avqust 1974-cü il Türkiyə Ordusu Qıbrız (Kipr) Barış Hərəkatının ikinci mərhələsinə keçdi və paytaxt Lefkoşaya girdi.

***

İsrail - Hizbullah Müharibəsi 2006-cı ilin 14 avqust atəşkəs müqaviləsilə sona çatdı. Livan ordusu və BMT Sülh Qüvvələri İsrail ordusunun çəkildiyi cənubi Livana yerləşdirildi.

***

14 avqustda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

Tanınmış ingilis yazıçısı, Nobel Ədəbiyyat Mükafatı laureatı Con Qolsuorsi 1867-ci ilin bu günü anadan olub.

İlk əsərlərini neoromantizm üslubunda yazan Conun sonrakı romanlarında ictimai mövzular əsas yer tutur. “Forsaytlar haqqında saqa” trilogiyası Qolsuorsiyə daha böyük şöhrət qazandırıb. Sonralar bu əsərin davamı olaraq “Müasir komediya” trilogiyasını qələmə alıb. (1867-1933)

***

Azərbaycanın ilk kino aktrisalarından olan Əzizə Məmmədova 1892-ci il 14 avqustda Tiflisdə dünyaya gəlib. (1892-1961)

***

Azərbaycanda ədəbi tənqid tarixinin yaradılması və təşəkkülünün yaradıcısı, görkəmli ədəbiyyatşünas, akademik Kamal Talıbzadə 1923-cü ilin bu günü anadan olub.

Alimin tədqiqatları Azərbaycan ədəbiyyatı tarixinin bütün dövrlərini əhatə edir.

1991-ci ildə atası Abdulla Şairin Ev Muzeyi yaradıldığı vaxtdan Kamal Talıbzadə onun direktoru olub. (1923-2006)

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
389 338 361 334 312 329

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.