Ays

Ays Maraqlı 26-08-2021, 20:12

Musiqi Zövqünüzə Görə Xarakterinizi Öyrənin

Musiqi Zövqünüzə Görə Xarakterinizi Öyrənin
İnsanlar geyim zövqlərinə, damaq dadlarına görə fərqləndiyi kimi heç şübhəsiz musiqi zövqlərinə görə də biri-birilərindən olduqca fərqlidirlər. Digər tərəfdən onu da deyə bilərik ki, bu zövqlər baxımından biri-birindən fərqlilik göstərən insanların xarakterlərində də aydın seçiləbiləcək ayrımlar vardır. Təbii ki, istisnalar olamaqla bərabər ümumi şəkildə bir qruplaşmadan söz etmək mümkündür. Bu baxımdan bu

yazımızda sizlərə elm insanları tərəfindən həyata keçrilmiş tədqiqatın nəticəsi haqqında məlumat verəcəyik. Əldə edəcəyiniz məlumatlarla bəzi insanları dinlədikləri musiqi janrına görə qismən tanıyabiləcəksiniz.

İsveçin Heriot-Watt Universitetindən Professor Adrian North və ortaqlarının 36.000 dən çox insan üzərində həyata keçirdiyi tədqiqat nəticəsi aşağıdakı kimidir.

Pop musiqi janrı- Bu janrın dinləyiciləri aktiv, həyat eşqi digərlərinə nisbətdə yüksək və əsasən diqqətlidirlər.
Rock musiqi janrı- Bu janrın dinləyicilərində ən ön plana çıxan xüsusiyyət dikbaşlı olduqları, itaəti asanlıqla qəbul etmədikləridir.
Klassik musiqi janrı- Bu janrın dinləyiciləri əsasən yaşlı nəslin nümayəndələri olması sizi təəccübləndirməməlidir. Çünki bəhs olunan janrın sevənləri fiziki cəhətdən passiv, məsuliyyətli və bir qədər də duyğusaldırlar. Klassik musiqi zövqünü dəstəkləyənlər eyni zamanda insanlarla münasibətdə incə davranan, dostluğa önəm verən tipdəndirlər.
Jazz musiqi janrı- Bu zövqün tərəftarı olan insanların ən üst-üstə düşən xüsusiyyəti yaradıcılığa meyilli olmaları və sakit təbiətli təsir bağışlamalarıdır. Dostluğa üstünlük verən bu insanlar eyni zamanda mübahisədən uzaq, sülhsevər insanlardır.
Rep janrı- Bu zövqü dəstəkləyən insanlar özlərinə qarşı hörmətlə yanaşan, öz dəyərlərini dəstəkləyən, ancaq eyni zamanda bir qədər aqressiv və planla hərəkət etməyi sevməyən tipdəndirlər.
Elektro musiqi janrı- Daha çox əsəbgərginlikləri yaşayan insanların yer aldığı bu qruplaşma üzvlərinin bir qismi eyni zamanda pisxoloji cəhətdən gərgindirlər.
Unutmayaq ki, araşdərma nəticəsi tamamı ilə reallığı əks etdirmir və hər zaman istisnalar var.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
418 368 366 388 392 334

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.