n2006

n2006 özünü 🤔 fikirli hiss edir. Maraqlı 15-09-2021, 20:35

Hansı fəsildə doğulmusunuz? – Fəsillərə görə xarakter analizi

Hansı fəsildə doğulmusunuz? – Fəsillərə görə xarakter analizi
Astroloqlar doğum tariximizin xarakterimizə və taleyimizə təsir etdiyini iddia edirlər. Deyirlər hansı fəsildə anadan olmuşuqsa o fəslə uyğun ümumi xarakterlər daşıyırıq. Bizdən demək. Oxuyun baxın, bəlkə uyğunluq görəcəksiniz.

Bahar
Baharda doğulanlar öz nikbinlikləri ilə seçilirlər.Onlar şən və aktiv insanlardırlar. Bu şəxslər yaxşı yumor hissinə, güclü iradəyə sahib olurlar. Lakin elə bahar havası kimi dəyişən ruh halları var. Gah şən, gah da səbəbsiz yerə qüssəli olurlar. Başqalarını gözəl anlayır, həssaslıq göstərirlər.

Yay
Bu insanlar istiqanlı və incə ruhludurlar. Öz çatışmazlıqlarını yaxşı bilirlər və bu onların üstün cəhətidir. Ustalıqla duyğularına nəzarət edə bilirlər, dəniz dalğası kimi müxtəlif duyğuların arasında get -gəldədirlər. Əgər sizə ilham lazımdırsa yay adamlarına müraciət edin. Onlar sirləri yaxşı qoruyur, özləri istəmədikcə ürək sirlərini də kimsəylə bölüşmürlər.

Payız
Payızda doğulanlar balanslaşdırılmış şəxsiyyət tipinə malikdirlər. Onları sahib olduqları fiziki və əqli üstünlükləri qane edir. Ədaləti sevirlər. Lakin ən xırda şeydən qıcıqlanırlar, amma bu xasiyyəti tərgitmək üzərində işləməyə də çalışırlar.

Qış
Qışa doğulanlar arasında psixi xəstəliklərə yoluxanlar daha çoxdur. Lakin bu staytistika qışda doğulan insanların uğurlu və tanınmış olmalarına mane olmur. Qış adamları nə istədiklərini yaxşı bilir, inadala öz arzularına doğru gedirlər.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
376 382 353 402 409 340

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.