Həyatda ən böyük xoşbəxtlik itirməkdir
Hər kəsin bir "kiçik dünyası" olması gərəkdiyinə inanıram. Sadəcə özünə aid olan bir dünya: oraya çatdığı vaxt nəfəs ala bildiyi, hüzur tapa bildiyi bir başqa atmosfer. Bilmirəm, bu bir çinar altı da ola bilər, bir şeir ya da bir melodiya da. . .🌺
Cihan Çetinkaya ©

Ceyn Ostin minimalizmlə bağlı araşdırma apararkən çox maraqlı bir cümlə diqqətimi çəkmişdi: «Həyatda ən böyük xoşbəxtlik itirməkdir, yəni məğlub olmaq». Bu cümləyə daha gənc yaşlarımda rast gəlmiş olsam, mahiyyətini anlamaz, inkar edər və əksini sübuta yetirmək üçün çoxlu dəlillər (əsassız) gətirərdim. Lakin indi az da olsa, anlayıram, itirmək, doğrudan da, bəzən tapmaqdır. Və ya məğlub olmaq, əslində, qalib gəlməkdir. Çünki istənilən halda məğlubiyyət və itki bizə yenidən ayağa qalxmaq, qalib gəlmək üçün təcrübə və vasitələri də gətirir. Sənin məğlubiyyətin böyük bir qələbəyə çevrilə bilər, əgər anlaya bilsən...

"Səhvlərdən yalnızca heç bir şey etməyən kəslər yayına bilər. Səhv etməkdən qorxmayın, səhvi təkrarlamaqdan qorxun."
Bəli səhv etməkdən qorxmayın, bəzən bir şeyin doğru olub olmadığını öyrənmək üçün səhv etmək gərəkdir. Və öyrənməyə çalışın. Çalışın ki, sonda doğru olanı ayırd edə biləsiniz.
Teodor Ruzvelt ©️