_Qorxmaz_Biri_

_Qorxmaz_Biri_ Maraqlı 20-10-2021, 15:31

Diş haqqında

Diş haqqında
Diş — canlılarda ərzağın ilkin mexaniki emalı üçün orqanizmin bir hissəsi, heyvanlarda həmçinin müdafiə və hücum silahı, insanda danışıq instrumentlərindən biri və gülüş atributu kimi də istifadə edilir.


İnsanın dişləri

Dişin quruluşu
Dişlər dentin maddəsindən əmələ gəlmişdir, üç hissədən (tac, boyun, kök) ibarətdir və bir−birindən fərqlənir. Dentin dişin özəyini əhatə edir. Diş tacı üzəri mina qatı ilə örtülmüşdür. Dişin boyunu diş əti ilə örtülmüşdür. Diş kökü çənə sümüyündə yerləşir. Üzəri sement qatla örtülmüşdür. Dişin içərisində sinirlər və qan damarları var. İnsan doğulduqda dişsiz doğulur. Süd dişləri və daimi dişlər var. Əsasən,6−7 aylıqda uşağın süd dişləri çıxır. Süd dişləri cəmi 20 ədəd olur. Hər çənədə 4 kəsici, 2 köpək, 4 kiçik azı dişi yerləşir. Uşaqlarda 6 yaşdan 12 yaşına qədər süd dişləri daimi dişlərlə əvəz olunur və böyük azı dişləridə çıxmağa başlayır. Böyük azı dişlər 12 ədəd olur. Onların axırıncı dördü 16 yaşından sonra çıxır və ağıl dişləri adlanır.

Diş minası canlı toxuma olmadığı üçün daimi dişlər özünü bərpa edə (regenerasiya) bilmir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
422 416 425 452 420 408

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.