ADMiN

ADMiN Xəbərlər 26-03-2017, 20:56

Martın 27-ə HAVA PROQNOZU

Martın 27-ə HAVA PROQNOZU


Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Bəzi yerlərdə zəif duman olacaq, mülayim cənub-qərb  küləyi  axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8° isti,  gündüz 11-16°, bəzi yerlərdə 18° isti, Bakıda gecə 6-8° isti, gündüz  14-16° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  756 mm civə sütunu, nisbi rütubət  gecə 75-85%, gündüz  60-65%  təşkil edəcək.
 
Azərbaycanın rayonlarına gəlincə, martın 27-də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin  axşama doğru bəzi dağlıq rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-18°, bəzi yerlərdə 21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.  

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
614 619 589 509 596 535

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.