Ays

Ays Maraqlı 31-10-2021, 23:22

ÖZÜNƏ HÖRMƏT ETMƏYƏ NECƏ BAŞLAMALISAN?!

ÖZÜNƏ HÖRMƏT ETMƏYƏ NECƏ BAŞLAMALISAN?!


Xoşbəxtliyə gedən yol,öz şəxsiyyətinə olan sevgidən başlar. Hər birimizin reallaşdırmaq istədiyi və ən azından yaxınlaşmaq istədiyi arzular var. Bunun üçün şəxsiyyət keyfiyyətlərinə malik olmaq lazımdır,onlardan ən vacibi özünə hörmət etməkdir. Bir çoxumuzun öz güc və imkanlarına şüphə etmək kimi xüsusiyyətləri var. Əsasən də tənqid olunarkən bu hiss qabarır,əlqərəz ,harmonik həyat naminə,özün özünlə barışmalısan,yalnız onda ətrafdakılar sənə sənin istədiyin kimi yanaşacaq. Düşünmə tərzini dəyişdirmək Əsl həqiqətdə kim olduğunuzu bilmək üçün ,iç dünyanızı öyrənin Hörmət birbaşa olaraq özünəqiymətdən asılıdır,ona görə də,özünə qiymət vermək ilə problemin varsa,ilk növbədə onu aradan qaldırmaq lazımdır. Nəzərə alın ki,proses ləng olacaq,çox güman ki,kifayət qədər vaxtınızı alacaq. Sakit bir məkanda əyləşib , malik olduğunuz hər-hansı güclü keyfiyyətlər ,ətrafdakılara nisbətən daha bacarıqlı olduğunuz cəhətlər haqda düşünün.

Təmiz vərəq götürüb sizə maraqlı və əhəmiyyətli olan hər şeyi yazın. Bu insanlar,məşğuliyyətlər və hobbi ola bilər. Bu ,nəyə vaxtınızın özəyini sərf etmək və nədən imtina etməyi anlamaq üçün asan bir üsuldur. Özünüzə gündəlik alın və gün/həftə ərzində baş verənləri ora qeyd edin. Hər halda,fikirlərini vərəqə “vermək” daha asandır nəyinki digər insana . Özünüzlə baş-başa daha çox zaman keçirin. Təklikdə gəzintiyə çıxın,kafedə əyləşin,ya da sadəcə evdə qalın. Özünüzü bağışlamağı və qəbul etməyi öyrənmək önəmlidir Bir çoxlarını uzaq keçmişdə baş verən situasiyalar rahat buraxmır. Elə hey istəyirsən ki,zamanı qaytarıb situasiyanı dəyişəsən,təbii ki,bu qeyri – mümkündür. Amma,istisnalar var. İmkan varsa,qarşısında günahkar qaldığınız insanlardan üzr istəyin,və ən əsası – özünüzü bağışlayın. Vicdanı kristaltək şəffav insan yoxdur. Hamı səhvə yol verir. Siz siz olun. Yenə də,özünüzü qəbullanın. Qeyri-ideal və unikal. Güclü keyfiyyətlərinizə diqqət yetirin: onları inkişaf etdirin,və bununla da qüsurları düzəldin. Özünüzdən əmin olun Danışdığımız kimi,özgüvən yerlə bir olanda özünə hörmət etməyə başlamaq mümkün deyil. Amma,üzülməyə dəyməz,axı sizə kömək etməyə qabil olan üsullar var: Ən sadəsi: qamətinizə fikir verin. Əyləşmisiz ya yeriyirsiz,fərq etməz,qamətinizi dik tutun,daha çox gülümsəyin və özünüz haqda pis düşüncələrə qapılmaqdan əl çəkin. İkincisi: hər dəfə kompliment eşidəndə inkar edib sıxılmaq əvəzinə “təşəkkür edirəm” deyin,bununla ünvanınıza deyilmiş tərifi qəbul etmiş olacaqsınız.

Pozitiv olun İnanmaya bilərsiniz,amma müsbət düşüncələr özümüz haqda olan rəyə güclü təsir edir. Həyat yaxşı getmədiyi vaxtlarda belə pozitiv düşünün,belə ki,bizi əhatə edən reallığı düşüncə formalaşdırır. Sahib olduqlarınız üçün təşəkkür edin, birdəfəlik hər şeyi tələb etməyin,əks halda əsəbləriniz möhkəm tarıma çəkiləcək ,belə halda özünəhörməti dəstəkləmək çətindir. Özünüzü başqaları ilə bir etməyin Adətən özümüzü qonşu/rəfiqə/televizordan kimsə ilə müqayisə edirik,və bu müqayisə sizin xeyrinizə olmur. Zehninizi yayındırın. Anlayın ki,hər zaman daha yaxşı,daha şanslı,daha uğurlu,daha varlı birisi olacaq. Fikri özünüzə və öz həyatınıza cəmləyin,ehtimal ki,həsədlə baxdığınız insana çata,hətta ,onu keçə bilərsiniz. Tənqidədlərə reaksiya verməkdən əl çəkin. Yalnız sağlam tənqid nəzərə alınaraq qəbul edilir. Geri qalana əhəmiyyət belə verməyin. Tənqid yaxşı yöndə dəyişməyə bir təkan ola bilər,məsələn ,siz hər-hansı davranış özəlliyinizin fərqinə varmaya bilərsiniz,ətrafdakılar isə bunu ilk baxışdan görə bilər . Ona görə də ya sayğı ilə işarə edəcək ,ya da birbaşa deyəcəklər. Əgər bu həqiqətən də belədirsə,xasiyyətinizin bəzi xüsusiyyətlərini nəzərdən keçirməlisiniz .

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
455 460 469 492 481 478

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.