ADMiN

ADMiN Xəbərlər 28-03-2017, 00:04

Həftənin ilk iş gününə olan hava proqnozu

Həftənin ilk iş gününə olan hava proqnozu


Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Loading.Az-a verilən məlumata görə, bəzi yerlərdə zəif duman olacaq.

Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-8° isti, gündüz 11-16°, bəzi yerlərdə 18° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 75-85%, gündüz 60-65% təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, martın 27-də hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacağı, lakin axşama doğru bəzi dağlıq rayonlarda arabir yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-18°, bəzi yerlərdə 21° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
582 598 525 477 576 509

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.