Xanım Fatimənin özüdür hicab...
İslamın zinəti hüsnü həyası,
Müsəlman qadının gözüdür hicab.
Bizə yadigardır ali Əbadan
Xanım Fatimənin özüdür hicab.
***
Nadanlar bilməzlər qədrini niyə,
Tənələr edərlər köhnədir deyə.
Cahil vaqif olmaz bu gözəlliyə
Çünki insanlığın özüdür hicab.
***
Gizlədir gülüşü həm də qəzəbi,
Yəni ki, saxlayır daim ədəbi
Qeyb aləmindədir onun məktəbi
İslamın silinməz izidir hicab.
***
Onunla bilinir məhrəm, naməhrəm
Əxlaqı qazandı övladi adəm.
Kafirlər duymasın bu zövqü nədən
Bəyandır ALLAHIN sözüdür hicab.







