Hamiləlik zamanı necə qidalanmaq olar?
Qidada bütün əsas qida məhsulları, lazımi miqdarda su, bitki lifləri və kalsium olmalıdır. Yağlı və acı yeməklərdən qaçmaq lazımdır. Normada qidanın energetik dəyəri sutkada 2400 kkal olmalıdır. Qida rasionunda 60-80 qram zülal, çoxlu miqdarda bitki lifləri, həmçinin süd və süd məhsulları olmalıdır. Yağlar və asan həzm olunan şəkərlər azaldılmalıdır. Hamiləliyin sonunda bədən çəkisi orta hesabla 10-12 kq artır. Az qidalanma dölün inkişafının ləngiməsinə, çox isə dölün iri olmasına və doğuş travmalarına səbəb ola bilər. Bəzi hallarda həkimlər əlavə olaraq fol turşusu və dəmir preparatları təyin edirlər.






