"Həqiqət" haqqında aforizmlər
Ayna özünü görə bilsəydi, başqalarına baxmazdı. (Əbu Turxan)
Başlanğıc sonda aydınlaşır. (Əbu Turxan)
Bəzən adam özü də içində kök atmış gizli suallardan ancaq cavab bəlli olandan sonra xəbər tutur. (Əbu Turxan)
Bəzən həqiqəti tuta bilmək üçün tilovun qarmağına yalan bağlamaq lazım gəlir. (Uilyam Şekspir)
Bil ki, həqiqət
Üzdə zərifdirsə, dərində azman,
Son sözü düz sözə verəcək zaman! (Əbu Turxan)
Bilməməyindən qorxma, yanlış bilməyindən qorx, çünki bütün fəlakətlər onun üzündən baş verir. (Lev Tolstoy)
Bir həqiqət o birini aydınladır. (Cordano Bruno)
Bir suala cavab axtararkən yüz yeni sual ortaya çıxır. (Əbu Turxan)
Biz həqiqətə gülürük, həqiqət bizi ağlayır. (M.Hadi)
Böhtandan da qorxulu silah var: bu silah həqiqətdir. (Taleyran)
Böyük həqiqətləri görə bilmək üçün qəlbin alışıb-yanması, ətrafı nurlandırması tələb olunur. (Əbu Turxan)
Elm bizə vasitələrlə çatır, həqiqət isə - vasitəsiz. (Şibli)
Ən təhlükəli yanlışlıq həqiqətə oxşayan yanlışlıqdır. (А.Amiyel)
Faktlar çoxdur, həqiqətsə - bir. (Rabindranat Taqor)
Gücü düzgün yönəldə bilmək üçün öncə həqiqətə yiyələnmək lazımdır. (Əbu Turxan)
Hamı ağılla anlamağa çalışır.
Həqiqət isə ancaq ürəklə anlayanda üzə çıxır. (Əbu Turxan)
Haqqa çatmağın yolu haqq aşiqliyindən keçir. (Əbu Turxan)
Həqiqət almaz kimidir: qaranlıqda daha çox parıldayır. (Frensis Bekon)
Həqiqət bidət kimi doğulur, ehkam kimi ölür. (Georq Vilhelm Fridrix Hegel)
Həqiqəti ört-basdır etmək olar, amma o, gec-tez üzə çıxacaq. (Əbu Turxan)
Həqiqəti söyləmək yox, başa salmaq çətindir. (Cəlaləddin Rumi)
Həqiqi olan sakitdir, süni olan isə dilli-dilavər. (Cübran)
İnsan həqiqətə qovuşanda mənən saflaşır. (Əbu Turxan)
İnsan özünü həqiqətin zirvəsinə qaldırmaq əvəzinə, həqiqəti öz səviyyəsinə endirir. (Rene Qenon)
Qılıncın öz daxili həqiqəti yoxdur. (N.Q.Çernışevski)
Səmimi adamlar həqiqət görüntüsünə aldanırlar. (Horatsi)
Tanrı həqiqəti görər, lakin gözləyər. (Aleksandr Puşkin)
Yaddaş ona görə lazımdır ki, işıqda gördüklərin qaranlıqda sənə yol göstərsin. (Əbu Turxan)
Yalana oxşayan həqiqət həqiqətə oxşayan yalandan daha təhlükəli ola bilər. (Qabusnamə)
Yanlışların üzünə qapı bağlananda həqiqət də bayırda qalır. (Rabindranat Taqor)
Yer üzündə ən uzunömürlü şey həqiqətdir. (Vovenarq)