ADMiN

ADMiN Xəbərlər 30-03-2017, 01:26

Ata çəkiclə 7 yaşlı oğlunu öldürdü

Ata çəkiclə 7 yaşlı oğlunu öldürdü


Sabirabadda ata çəkiclə 7 yaşlı oğlunu amansızlıqla öldürüb.
 
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qətl hadisəsi Sabirabad rayonunun Ulacalı kəndində qeydə alınıb. Həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Röyal Şakir oğlu Məmmədov 7 yaşlı (2010-cu il təvəllüdlü) oğlu – Röyamini xüsusi amansızlıqla  qətlə yetirib.
 
Yenicə məhkumluqdan qayıdan R.Məmmədov həyat yoldaşına uşağın atasının başqa adam olduğunu iddia edib. Aralarında mübahisə yaranıb. Röyal həyat yoldaşını öldürmək istəsə də o, ərinin əlindən qurtularaq qaça bilib. Arvadının qisasını oğlundan almaq istəyən ər onu fəaliyyətdə olmayan köhnə kənd yeməkxanasına aparıb və yeməkxananın zirzəmisində uşağın başına 6 çəkic zərbəsi vuraraq onu amansızlıqla qətlə yetirib.
 
Röyal Məmmədov və həyat yoldaşı polis tərəfindən saxlanılıb.
 
Faktla bağlı Sabirabad rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
547 536 475 545 497 491

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.