ADMiN

ADMiN Sevgi 30-03-2017, 02:03

Söylə hansı qəbirdə yatır bizim MƏHƏBBƏT?!

Söylə hansı qəbirdə yatır bizim MƏHƏBBƏT?!

Ürəyimdəkini anlasa hər gəlib kecən...

Bir gün olar mənə inam edərlər...

Sevimlidir mənə Allahın sevən...

Həmişə öz adlarını uca edərlər...

Söylə hansı qəbirdə yatır bizim MƏHƏBBƏT?!

Necədə üşüdür məni bu son sözlərin…

Necədə soyuqdur həmişəkindən əlin…

Sevmirəm deyir dilin,gizlənir gözlərin…

Doğurdanmı ayrılıq olur qonağım…


Söylə hansı qəbirdə yatır bizim MƏHƏBBƏT?!

Ayrılıq ne üzdü qonaqmış,gəlir qəfildən…

Üzür ürəyimi hər kəlməsi,çixan dilindən…

Qovur sevəni,o doğma sevgi evindən…

Bilmirəm ona sözümü necə söyləyim…

Bəlkə qismətdir,susum hec dinməyim…


Söylə hansı qəbirdə yatır bizim MƏHƏBBƏT?!

Bir gün sənsiz acılacaq burda səhərim...

Bir gün qara boyanacaq,ağ şəhərim...

Bir gün olmayacaqsan bunu bilirəm...

Yəqin onda da sənsizliyi sevərəm...
Söylə hansı qəbirdə yatır bizim MƏHƏBBƏT?!
Gözəl bir gündə gəliblər sənə elcilər...

Sevgidən danışdılar,zarafatda güldülər...

Baxıb hüsnü camalına,oxşayıb əlini...

"Daha qaldığın evdə qonaqsan" dedilər...
Söylə hansı qəbirdə yatır bizim MƏHƏBBƏT?!
Daha bir gün...dedilər "filan günü olsun nişanın"...

Daha olacaqdır sənin qəlbinə sultanın...

Yəqin xoşbəxtsən deyə düşünürəm mən öz qəlbimdə ...

Bircə sevgində yanılmasın,itməsin daha inamın...
Söylə hansı qəbirdə yatır bizim MƏHƏBBƏT?!
Yenə günlər keçdi fikrimdə xəyalımdasan...

Reallıqda ayrı,ruhumda hər an yanımdasan...

Hərdən gözləyirəm bir gün deyəcək mələyim...

Bagişla filan günü toyumuzdasan amma qonaqsan…
Söylə hansı qəbirdə yatır bizim MƏHƏBBƏT?!
Gülümsəyəcəm özümə deyəcəm dəli olmuşam...

Mən necə gəlib deyəcəm,ne vaxtsa ata olmuşam...

Senə yazdıqca bu fikirləri,qəlbdən sözleri...

Inan aglamışam,inan gözdə dolmuşam...
Söylə hansı qəbirdə yatır bizim MƏHƏBBƏT?!
Indi yenə də gözümdə yaş,sonsuz kədər...

Daha kimə deyəcəm üzümdə solğun bir qəhər...

Daha gəlməyəcəksən,qəbul etdim təkliyimi...

Bizimki burda son imiş,bizimki bura qədər...
Söylə hansı qəbirdə yatır bizim MƏHƏBBƏT?!
Düşünürəm bir gün qocalıqda gələrik yenə…

Bir əlimdə əsa,bir əlimdən tutacaq nəvə…

Salam verəcəm,birdən sözümü deyəcəm sənə…

Söylə hansı qəbirdə yatır bizim MƏHƏBBƏT...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
935 809 871 866 805 901

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.